"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vuracaq

09:18 - 26 Noyabr 2023

“Fənərbaxça” və Almaniya millisinin sabiq üzvü Maks Kruze klubsuz qalıb.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Paderborn”la yollarını qarşılıqlı razılaşma əsasında ayırıb.O, adıçəkilən klubda 5 ay idi ki, oynayırdı.

Kruze “Verder”, “Sankt-Pauli”, “Frayburq”, “Borussiya”(Münhenqladbax), “Volfsburq”, “Fənərbaxça”, “Union Berlin” klublarında çıxış edib. Almaniyalının aktiv futbolçu karyerasını başa vuracağı gözlənilir.

Xəbər xətti