Dadaşov Almaniyada növbəti qolunu vurdu

10:57 - 26 Noyabr 2023

Almaniyada Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo Berlin” “Enerji”nin (Kotbus) qonağı olub.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov meydana start heyətində çıxıb və komandasının yeganə qolunu vurub.“Dinamo” 29 xalla 2-ci pillədədir.

Xəbər xətti