Emin Mahmudovun vurduğu qol seçmə mərhələnin ən yaxşısı seçilə bilər

22:34 - 27 Noyabr 2023

UEFA-nın rəsmi saytında AVRO-2024-ün seçmə mərhələsində ən yaxşı qolu müəyyənləşdirmək üçün səsvermə keçirilir. 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov da siyahıda özünə yer edib. 

Yığma komandamızın futbolçusu Bakıda İsveç millisinə uzaq məsafədən vurduğu qolla qalib seçilə bilər.

Mahmudovla yanaşı, Kristian Aslani və Yasir Asani(hər ikisi Albaniya milllisi), Bukayo Saka(İngiltərə), Yan Vipotnik(Sloveniya), Asxat Taqlbergen(Qazaxıstan), Kilian Mbappe(Fransa), Leandro Trossard(Belçika), Sandro Volfinger(Lixtenşteyn) və Yunus Akgün(Türkiyə) də ən yaxşı adına namizəddir.

Mahmudov qrup mərhələsinin 9-cu turunun ən yaxşı qolu nominasiyasında qalib olmağı bacarmışdı.

Xəbər xətti