Bruno Fernandeş: "Qrupdan çıxmağın yeganə yolu "Qalatasaray"ı məğlub etməkdir"

20:39 - 28 Noyabr 2023

"Mançester Yunayted" Çempionlar Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində İstanbulda "Qalatasaray"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Bruno Fernandeş matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. Portuqaliyalı yarımmüdafiəçi meydana qalib gəlmək üçün çıxacaqlarını bildirib:

"Avropanın ən yaxşı klublarının arasında olmaq istəyirik. Qrupdan çıxmasaq, bizim üçün xəyal qırıqlığı olacaq. Hazırda bunu düşünmürəm, sadəcə "Qalatasaray"la matça köklənmişəm. Qrupdan çıxmağın yeganə yolu "Qalatasaray"ı məğlub etmək və son oyuna üstünlüklə getməkdir. Stadionda ağır atmosfer olacaq. Bütün fikrimiz sabah qələbə qazanmaqdır".

Qeyd edək ki, "Qalatasaray" - "Mançester Yunayted" qarşılaşması sabah Bakı vaxtilə saat 21:45-də start götürəcək.

Xəbər xətti