"Barselona" 1/8 finala vəsiqəni təmin etdi - VİDEO

09:22 - 29 Noyabr 2023

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, H qrupunda "Barselona" öz meydanında "Portu"nu qəbul edib. Qarşılaşma Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Barselona" 1/8 finala vəsiqəni təmin edib. 9 xalı olan "Portu" isə qrupda ikinci yerdədir.

"Barselona" - "Portu" 2:1
Qollar:
Joao Kanselo, 32, Joao Feliks, 57 - Pepe, 30

Xəbər xətti