Dünya çempionu olan baş məşqçi postunu tərk edəcək

19:21 - 30 Noyabr 2023

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni postunu tərk etməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis yayda keçiriləcək Amerika Kubokunun finalından sonra vəzifəsindən istefa verəcək. Bu barədə "Doble Amarilla" məlumat yayıb.

Qeyd edək ki, Lionel Skaloni 2018-ci ilin avqust ayından Argentina yığmasını çalışdırır. "Tanqoçular" onun rəhbərliyi altında 2022-ci ildə dünya çempionu olublar.

Xəbər xətti