AVRO-2024-ün final mərhələsinin püşkatması atıldı: Türkiyənin rəqibləri bilindi

21:52 - 2 Dekabr 2023

Bu gün AVRO-2024-ün final mərhələsinin püşkatması baş tutub. 

Sportal.az xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcək turnirin püşkatması Hamburqda keçirilib.  

Püşkatmada 21 milli komanda iştirak edib. Avropa çempionatına yollanacaq son üç komandanın adı isə pley-off görüşlərindən sonra dəqiqləşəcək. Həmin komandalar D, E və F qruplarında yer alacaq. 

AVRO-2024

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Niderland, Avstriya, Fransa (Polşa, Uels, Finlandiya, Estoniya)

E qrupu: Belçika, Slovakiya, Rumıniya (İsrail, Ukrayna, İslandiya və Bosniya və Herseqovina)

F qrupu: Türkiyə, Portuqaliya, Çexiya (Gürcüstan, Yunanıstan, Lüksemburq, Qazaxıstan)

Avropa çempionatı 14 iyun-14 iyulda Almaniyanın 10 şəhərində təşkil ediləcək.

Xəbər xətti