PFL prezidenti və Azərbaycan klublarının rəsmiləri Almaniyada - FOTOLAR

09:17 - 7 Dekabr 2023

AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Elite Club Programme" təhsil layihəsinin ikinci sessiyasına start verilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, dekabrın 9-dək davam edəcək seminar Almaniyanın Frankfurt şəhərində təşkil edilib. Seminarda AFFA-nın, PFL-in və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edir.

Tədbirin ilk günü aşağıda qeyd olunan mövzular ətrafında seminar keçirilib:

- “Ayntraxt” (Frankfurt) klubunun strukturu və strategiyası
- Klubun əməliyyatlarının idarə edilməsi – CEO baxışı
- İdman direktorunun və İdman departamentinin rolu
- Stadion turu

Klubun əməliyyatlarının idarə edilməsi mövzusunda Belçikanın “Leuven” klubunun baş icraçı direktoru Peter Villems fikirlərini bölüşüb. İdman direktorunun və İdman departamentinin rolu haqqında İsveçrənin “Servet” klubunun idman direktoru, veteran futbolçu Filip Senderos çıxış edib. 

Qeyd edək ki, proqramın əsas məqsədi Premyer Liqa klublarının klub idarəçiliyi sahəsindəki biliklərinin artırılması və təkmilləşdirilməsidir. Üç mərhələdən ibarət olan layihənin sonuncu - üçüncü sessiyası fevralda Bakıda keçiriləcək.

Xəbər xətti