"Turan Tovuz" legioneri ilə yollarını ayıra bilər

17:34 - 8 Dekabr 2023

"Turan Tovuz" qışda heyətində bəzi dəyişikliklər etməyi planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, Tovuz təmsilçisi bir neçə legioneri komandaya cəlb edəcək.

Mənbənin məlumataına görə, bölgə klubu heyətdə yer alan bəzi oyunçularla yollarını ayırmaq istəyir.

Onlardan biri isə Piruzi  Markeveladazedir. Gürcü futbolçunun komandada qalması çətin görünür. Bu qış olmasa da, onunla yolların yayda ayrıla biləcəyi ehtimal edilir.

28 yaşlı futbolçu 2022-ci il iyulun 1-də klubla müqavilə imzalamışdı. Onun "Turan Tovuz"la müqavilə müddəti mövsümünsonunda bitəcək. 

Xəbər xətti