"Mançester Yunayted"in qolkiperi ən yaxşı adına namizəddir

20:43 - 8 Dekabr 2023

Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti 2023-cü ildə qitənin ən yaxşı qapıçısı adına iddialı üç futbolçunun adını açıqlayıb. 

Sportal.az xəbər verir ki, mükafatlandırma mərasimi dekabrın 11-də baş tutacaq. Bu il mükafat uğrunda “Mançester Yunayted”in və Kamerun millisinin qapıçısı Andre Onana, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan mərakeşli Yassin Bono və Misirin “Əl-Əhli” klubundan Məhəmməd Əl-Şenavi mübarizə aparır. 

Qeyd edək ki, 2023-cü ildə Onana "İnter"də, Bono isə İspaniyanın "Sevilya"sında çıxış edib. Bu il 34 yaşlı El-Şenavi Afrika Çempionlar Liqasının, eləcə də Misir çempionatının və Superkubokunun qalibi olub. 

32 yaşlı Bono "Sevilya" ilə Avropa Liqasının kubokunu qazanıb. 27 yaşlı Onana “İnter”lə İtaliya kubokunu və Superkubokuna sahib çıxmışdı. 

Xəbər xətti