Ramilin komandası Çempionlar Liqası ilə vidalaşdı

19:51 - 12 Dekabr 2023

Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" doğma meydanda "Ventforet Kofu"nu qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü 8 oyunluq cəza aldığı üçün komandasına kömək edə bilməyib.

6 xal toplayan "Buriram Yunayted" qrup sonuncusu olub cə turnirdə mübarizəni dayandırıb.

Xəbər xətti