"Hekken"in baş məşqçisi: "Qarabağ"a qarşı oynamaq təcrübə idi"

00:22 - 15 Dekabr 2023

"Hekken" Avropa Liqası qrup mərhələsinin sonuncu turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki. İsveç təmsilçisinin baş məşqçisi Per Matias Hoqmo matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı təbrtik edirəm. Onlara qarşı oynamaq təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər. Onları izləməyə çalışacam. Bu oyun bizim üçün çətin keçdi. İlk dəqiqədəki qol planlarımızı pozdu. Amma şanslarımız var idi. Sadəcə istifadə edə bilmədik. Bizdə mövsüm bitib. Növbəti mövsümdə Konfrans Liqasında oynayacağıq. Qrupdakı altı oyun bizim üçün təcrübə oldu. Bu təcrübədən gələn il Konfrans Liqasında istifadə edəcəyik.

- "Hekken"in baş məşqçisi kimi sonuncu oyununuz idi. Bakıdan hansı təəssüratla ayrılırsız?

- İki il yarım idi "Hekken"də baş məşqçi idim. İsveç çempionu olduq, oyunçular satdıq, komanda gəlir əldə etdi. "Hekken" indi daha güclüdür. Komandadan yaxşıə əhval-ruhiyyə ilə ayrılıram.

- "Qarabağ"ın baş məşqçisinin oğlu Musa Qurbanlının "Yurqorden"də oynadığını bilirsiz? Onun haqda nə düşünürsüz?

- Əvvəlki klubumda oynayır. Onun oyununu izləmək həyəcanlıdır. Yanvardan başlasa, daha yaxşı təəssürat bağışlayacaq.

Hər iki matçda "Qarabağ"a uduzdunuz. Fərqli oyun stilində oynasaydınız, "Qarabağ"ı uda bilərdiz, yoxsa istənilən halda, səviyyə fərqi imkan verməyəcəkdi?

- İlk matçda demək olar ki, bərabərsəviyyəli oyun getmişdi. Hətta penaltimiz verilməmişdi. Verilsəydi, bəlkə də başqa cür olardı. Bu gün də yaxşı oynadıq. "Qarabağ"ın beynəlxalq səviyyəli oyunçuları var. Bizdə belə futbolçular yoxdur. Bu da öz təsirini göstərir.

- "Qarabağ" bundan sonrakı oyunlarda sizcə necə təəssürat bağışlaya bilər?

- "Qarabağ"ın fərdi olaraq yaxşı oyunçuları var. Xüsusən də hücumda və mərkəzdə. "Qarabağ" daha güclü rəqiblərlə oyunlarda da qol vurub, fərq yarada bilər. Onlar üçün həyəcanlı püşkatma olacaq. Gözləyək, görək rəqib kim olacaq. "Qarabağ"ın qruplarda çox böyük təcrübəsi var. Bunu da öz oyununda göstərir.

Mirbağırağa

Xəbər xətti