Vüsal İsgəndərli "Eqnatia"ya qələbə qazandırdı - VİDEO

09:34 - 17 Dekabr 2023

Futbol üzrə Albaniya çempionatında 17-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" səfərdə "Dinamo Siti"nin qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı vinger matça start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib. O, 80-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Xallarını 37-yə yüksəldən "Eqnatia" turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xəbər xətti