Ramil oynadı, komandası böyük hesabla uduzdu

20:37 - 17 Dekabr 2023

Bu gün Tayland çempionatında 14-cü tura start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə "Port"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard meydana start heyətində çıxıb və 53-cü dəqiqədə əvəzlənib.

Hazırda “Buriram Yunayted” 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti