"Qarabağ" hazırda hücumun sağ cinahına sol ayaqlı oyunçu axtarır"

17:42 - 26 Dekabr 2023

Premyer Liqada mövsümün ilk yarısına yekun vuruldu. "Qarabağ" qış fasiləsinə 41 xalla lider kimi yollandı.

Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Ağdam təçmsilçisinin transfer pəncərəsi zamanı hansı mövqeləri gücləndirəcəyi maraqla gözlənilir. Mövzu ilə bağlı futbol agenti Tural Əsgərovla əlaqə saxladıq. Sportal.az saytına danışan Tural bəyin fikrincə "Qarabağ" hücumun sol cinahına yeni oyunçu axtarır:

"Qarabağ" hücumun sağ cinahına oyunçu axtarır. Digər mövqelərlə bağlı konkret məlumatım yoxdur. "Qarabağ" maraqlı oyunçu olanda mövqeyinə baxmadan dəyərləndirməyə çalışır. Hazırda komandada hücumun sağ cinahında müəyyən axsama var. Neçə müddətdir ki, ora futbolçu axtarırlar. Komandadan gedən olmasa, ola bilər ki, digər mövqeləri gücləndirməyə ehtiyac olmasın.

Kevin Medina zədəlidir. Kolumbiyalı müdafiəçi 1-2 ay oynamayacaq deyə, yeni oyunçu gətirəcəklərini düşünmürəm. Medina sağalandan sonra ikisindən birini kənarda saxlamaq o qədər də inandırıcı deyil. Bu gün "Qarabağ"da Bəhlul Mustafazadə, Bədavi Hüseynov kimi mərkəz müdafiəçiləri var. Bu baxımdan müdafiənin mərkəzinə oyunçu alınacağını düşünmürəm. Marko Veşoviç qırmızı vərəqə alıb. Bir oyuna görə o mövqeyə futbolçu transfer etmək məncə, düzgün olmaz. Klub daxilində nə fikirlərin olduğunu bilmirəm. Bəlkə bundan sonra hansısa qərarlar olar. Mənim bildiyimə görə, hazırda hücumun sağına sol ayaqlı oyunçu axtarırlar".

Elçin Əlixan

Xəbər xətti