"Styaua"nın sabiq üzvü "Neftçi"nin maraq dairəsində

13:41 - 2 Yanvar 2024

"Neftçi"nin transfer siyahısında yeni adlar peyda olub.

Sportal.az saytına verilən məlumata görə, həmin siyahıda yer alanlardan biri Marko Dulkadır.

Sloveniyanın “Çelye” klubunda oynayan 24 yaşlı yarımmüdafiəçisi Miodraq Bojoviçin maraq dairəsindədir.

Lakin rumıniyalının qışda, yoxsa yayda “Neftçi”yə keçə biləcəyi dəqiq deyil.

O, “Vitorul Konstanta”, “Kindiya”, “Styaua” komandalarında oynadıqdan sonra 2023-cü ildə “Çelye”ye keçib. Cənubi Koreyada dünyaya gəlmiş rumıniyalının bu klubla müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti