"Lokomotiv" azərbaycanlı futbolçunu transfer etməyə hazırlaşır

17:50 - 3 Yanvar 2024

Azərbaycanın U-19 yığmasına cəlb edilmiş Raul Hacıyev “Rustavi”dən ayrılmağa hazırlaşır.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçiyə “Lokomotiv”dən təklif gəlib.

Tbilisi təmsilçisi azərbaycanlı futbolçu ilə üç illik müqavilə imzalamağı planlaşdırır. Hazırda danışıqlar davam edir.

Qeyd edək ki, futbolçu U-19 yığmamıza cəlb edilsə də, onu milliləşdirmək mümkün olmadığı üçün millimizə seçmə mərhələ matçlarında kömək ola bilməyib. Lakin AFFA-nın Hacıyevi milliləşdirməkdə niyyətlidir.

Xəbər xətti