"İnter" Belçikadan futbolçu transfer edir

12:34 - 3 Yanvar 2024

"Brügge" klubunun vingeri Teycon Byukenen karyerasını "İnter"də davam etdirəcək.

Sportal.az xəbər verir ki, İtaliya klubu Kanada millisinin 24 yaşlı futbolçusunun transferi üçün 7 milyon avro və əlavə bonuslar ödəyəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, 2023-2024 mövsümündə Byukenen Belçika təmsilçisinin heyətində 20 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti