"Rizespor" - "Hatayspor": Renat ehtiyatda

13:59 - 6 Yanvar 2024

Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Rizespor"un qonağıdır.

Komandaların meydana çıxacağı start heyətlər müəyyənləşib. Millimizin üzvü bu görüşə ehtiyat oyunçular skamyasında başlayacaq.

Qeyd edək ki, "Rizespor" - "Hatayspor" qarşılaşması Bakı vaxtilə saat 14:30-da start götürəcək.

Xəbər xətti