Alman hücumçu Premyer Liqaya qayıdır

14:17 - 6 Yanvar 2024

"Leypziq"in hücumçusu Timo Verner İngiltərə Premyer Liqasına qayıtmağa yaxındır.

Sportal.az xəbər verir ki, almaniyalı forvard "Tottenhem"ə keçəcək. Bu barədə "Sky Sports" məlumat yayıb.

London təmsilçisi Verneri mövsümün sonuna kimi icarəyə götürəcək. Artıq klublar arasında razılıq əldə olunmaq üzrədir.

Qeyd edək ki, Timo Verner 2022-ci ilin yayında "Çelsi"dən "Leypziq"ə keçib. 27 yaşlı futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti