"Yuventus"un hücumçusu "Fənərbaxça"ya təklif edildi

14:56 - 6 Yanvar 2024

"Yuventus"un hücumçusu Moyze Kin qış transfer pəncərəsi zamanı komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi 23 yaşlı forbardı icarəyə verməyi planlaşdırır. Bu barədə Canluka Di Martsio məlumat yayıb.

Meneceri İtaliya millisinin üzvünü "Fənərbaxça"ya təklif edib. Türkiyə klubu hələ ki, təklifə cavab verməyib.

Qeyd edək ki, Moyze Kin "Yuventus"un yetirməsidir. O, cari mövsümdə komandanın heyətində 12 çempionat matçında meydana çıxıb.

Xəbər xətti