Bu futbolçu "Qarabağ"dan ayrıla bilər

11:56 - 11 Yanvar 2024

"Qarabağ"ın futbolçusu Leandro Andrade komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin karyerasını Çində davam etdirmək ehtimalı var. Bu barədə "Record" nəşri məlumat yayıb.

Kabo-verdeli futbolçunun xidmətində "Şanxay Şenxua" maraqlıdır. "Qarabağ"la Çin klubu arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Qarabağ" Leandro Andradeni 2022-ci ilin yanvar ayında Bolqarıstanın "Çerno More" klubundan transfer edib. O, cari mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti