Türkiyə klubuna keçən azərbaycanlı: "Əvvəlki klubum məni transfer etmək istəyirdi"

17:37 - 11 Yanvar 2024

Azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərli Türkiyənin "Boluspor" futbol klubuna keçməmişdən əvvəl aldığı təklifdən və yeni komandasının baş məşqçisinə verdiyi vəddən danışıb.

Sportal.az xəbər verir ki, Türkiyənin “Köroğlu Gazetesi”nə danışan İsgəndərli fərqli klublardan ona maraq olmasını etiraf edib:

“Müxtəlif ölkələrdən təkliflər almışdım. Əvvəlki klubum, Türkiyədə daha əvvəl oynadığım “Keçiörengücü” də məni transfer etmək istəyirdi. Amma dedim ki, artıq “Boluspor”a söz vermişəm və məsələ bağlandı. Mövsümün ilk yarısında “Boluspor”da olmasam da, bir çox matçlarını izləmək imkanım var idi. Keçən il hər şeyin necə olduğunu dəqiq bilmirəm, amma indiki dövrdə məşqlərimiz çox yaxşı gedir, bütün futbolçular böyük istək, arzu ilə çalışır. Çünki ambisiyamız var. 

Gəlməmişdən əvvəl baş məşqçimiz Yalçın Koşukavak haqqında çox eşitmişdim. Onun futbolçulara ata kimi yanaşması xoşdur. Onunla söhbət etdim və söz verdim ki, daha da yaxşı olmağa çalışacam. Hər şeyin necə olacağını görəcəyik, amma əlimdən gələni edəcəyəm".

Mirbağırağa
 

Xəbər xətti