Fərrux Mahmudov: "Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır"

12:18 - 13 Yanvar 2024

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov klubun televiziyasına açıqlamalar verib.

Sportal.az xəbər verir ki, klub rəhbəri hazırda komandada pozitiv ab-hava olduğunu bildirib. O, "Neftçi"nin hədəfləri haqda da danışıb:

"Komandada çoxdan idi müsbət atmosfer görmürdüm. İndi bunu görürəm. Bu, çox xoş idi. Futbolçular komandaya pozitiv ruhla qayıdıblar. Ötən il çətin keçdi. Buna baxmayaraq, 3-cü pillədə qərarlaşmışıq. Mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. İnanıram ki, yaxşı olacaq".

Fərrux Mahmudov klubun transfer planları barədə də danışıb:

"Yeni baş məşqçi ilə yanaşı, məşqçilər korpusu da burdadır. İdman departamentimiz 50-dən çox oyunçuya baxıb, 5-nə fokuslanıb. Artıq 2 oyunçuya təklif göndərilib, bunlar hücumçulardır. Biri sağ vinger də oynaya bilir. Təəssüf ki, adlarını çəkə bilmərəm. "Neftçi"dən ancaq qələbə gözləyirəm".

Xəbər xətti