"Neftçi"yə keçəcəyi deyilən hücumçunun agenti SPORTAL.AZ-A DANIŞDI

20:50 - 16 Yanvar 2024

Rumıniya mətbuatı FCSB-nın hücumçusu Andrea Kompanyonun "Neftçi"yə keçəcəyi ilə bağlı məlumat yayıb.

Məsələ ilə bağlı italiyalı forvardın agenti Alessandro Petsoli ilə əlaqə saxladıq. Sportal.az saytına danışan menecer "Neftçi"nin 27 yaşlı futbolçu ilə maraqlandığını təsdiqləyib:

"Andrea vacib oyunçudur. O, son 2 ildə 35 qol vurub. Mart ayında Kompanyo hətta İtaliyanın əsas milli komandasına çağırılıb. Onunla digər klublar kimi “Neftçi” də maraqlanır. Baxaq, "Neftçi" Andrea üçün variant ola bilər. Başqa heç nə deyə bilmərəm".

FCSB Andrea Kompanyonu 2022-ci ilin yayında "Universitatya Krayova" klubundan transfer edib. 27 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol vurub.

Elçin Əlixan


Xəbər xətti