"Bayer" hücumçu almağı planlaşdırır

15:34 - 17 Yanvar 2024

"Bayer"(Leverkuzen) qış "transfer pəncərəsi"ndə hücum zonasını gücləndirmək variantlarını götür-qoy edir.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb Leverkuzen klubunun hücumunun lideri Viktor Bonifasenin zədələnməsidir. 

Nigeriyalı ən azı daha bir neçə həftə futbol oynamayacaq. Bonifase ötən yay 20,5 milyon avroya Belçikanın "Union" klubundan "Bayer"ə keçib.

Bu mövsüm forvard Almaniya klubunun heyətində bütün turnirlərdə 23 oyun keçirib və 16 qol vurub, 8 məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Leverkuzen təmsilçisi hazırda hücumçular arasında seçim edir və altı aylıq forvard icarəyə götürməyi planlaşdırır.
 

Xəbər xətti