"Napoli" italiyalı müdafiəçini icarəyə verdi

15:19 - 18 Yanvar 2024

"Napoli" müdafiəçi Alessandro Zanolini icarəyə verib.

Sportal.az xəbər verir ki, Neapol təmsilçisi 23 yaşlı futbolçunu "Salernatina"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı sağ cinah müdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında "Salernatina"nın heyətində keçirəcək.

Qeyd edək ki, Alessandro Zanoli bu mövsüm "Napoli" forması ilə 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti