"Şamaxı" II Liqa klubunu darmadağın etdi

11:36 - 22 Yanvar 2024

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Şamaxı" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv II Liqada mübarizə aparan "Füzuli" ilə üz-üzə gəlib. Qarşılaşma şamaxılıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Şamaxı"nın qollarını Ramin Əhmədov, Elşad Tağıyev, Emin Zamanov, Elçin Qasımov və Roman Hüseynov vurub.

Xəbər xətti