"Zirə" və "Səbail" yığmamızın futbolçusunu istəyir

21:34 - 28 Aprel 2024

"Sabah"a məxsus olan U-21 yığmamızın üzvü Abdulla Rzayev yeni mövsümə yeni komandada başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, sağ cinah müdafiəçisi yüksək liqanın bir neçə klubunun maraq dairəsindədir.

Onu istəyən komandalar arasında "Zirə" və "Səbail"in də adı var. 

Qəsəbə təmsilçisi yayda Rzayevlə müqavilə imzalamağı planlaşdırır. Hazırda futbolçu icarə əsasında "Araz-Naxçıvan”da çıxış edir.

Xəbər xətti