Belçika millisinin hücumçusu Romelu Lukaku karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, təcrübəli hücumçunun İtaliyada qalacağı dəqiq olsa da, mövsümə hansı komandada başlayacağı qətiləşməyib.
Məsələ burasındadır ki, "Milan" Olivye Jirunu məhz Lukaku ilə əvəzləmək niyyətindədir. Bunun üçün isə artıq Romelu ilə danışığa da başlayıblar.
Müqavilə ilə "Çelsi"yə məxsus olan belçikalı "Roma"da mövsümün sonuna qədər icarə əsasında oynayır. "Canavarlar" da yeni sezon üçün Lukakunu komandada saxlamağı düşünür.
saytlarin hazirlanmasi