Benzema bu komandaya keçə bilər

23:27 - 22 Yanvar 2024

“Əl-İttihad"ın hücumçusu Kərim Benzema Fransaya qayıda bilər.

Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, onun xidmətində “Lion” maraqlıdır. Fransalı Səudiyyə Ərəbistanı klubundakı durumundan narazı olduğu üçün oradan ayrılmağa hazırdır.

PSJ-nin də transfer siyahısında yer alan təcrübəli futbolçunun hansı qərarı verəcəyi maraqla gözlənilir. Bu mövsüm Benzema 20 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

O, 2004-2009-cu illərdə "Lion"un formasını geyinib.

Xəbər xətti