"Neftçi"dən 200-cü heç-heçə

14:18 - 23 Yanvar 2024

“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.

Sportal.az xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının XIX turuna təsadüf edib.

“Ağ-qaralar” “Sabah”la səfər matçına çıxıb. Bakı derbisi qolsuz başa çatıb.

“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü sülhə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib. 

Qeyd edək ki, “Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi bir xalı bir qolla qazanıb – 1:1.

Xəbər xətti