Adı "Neftçi" ilə hallanan qapıçı "Atletiko"ya keçdi - RƏSMİ

16:14 - 24 Yanvar 2024

İspaniyanın "Atletiko" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Buxarest "Rapid"indən Horatsiu Moldovanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Atletiko" Rumıniya millisinin üzvü ilə 3,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki,bir müddət əvvəl İspaniya mətbuatında "Neftçi"nin 26 yaşlı qolkiperlə maraqlandığı barədə xəbər yayılmışdı.

Xəbər xətti