"Qarabağ"ın direktoru: "Komandanı gücləndirmək naminə hər cür fədakarlığa hazırıq"

20:21 - 25 Yanvar 2024

"Komandanı daim gücləndirmək bizim üçün çox önəmli mövzudur".

Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın baş direktoru Emrah Çelikəl deyib.

Ağdam klubunun təcrübəli funksioneri "Sabah"dan Aleksey İsayevin alınmasıyla kifayətlənmək istəmədiklərini bildirib. "Köhlən atlılar"ın illərdir qazandığı uğurlarda böyük pay sahibi olan idarəçi qeyd edib ki, Qurban Qurbanovun gücləndirməyi düşündüyü mövqelər var və bunu rəhbərliklə bölüşüb:

"Baş məşqçimiz hansı zonalara transfer lazım olduğunu söyləyib. Biz onun arxasındayıq. Axtarışqlarımız davam edir. Təəssüf ki, hələ konkret namizəd yoxdur. Hazırda ad üzərində dayanmamışıq. Amma zaman az da olsa var, çalışacağıq ki, istənilən futbolçuları tapaq və transfer edək. Onu da başa düşürük ki, qış dönəmində yaxşı legioner tapmaq həmişə çətin məsələdir. Komandanı gücləndirmək naminə hər cür fədakarlığa hazırıq".

Xəbər xətti