Xorvatiya millisinin üzvü İngiltərə klubunda

18:39 - 26 Yanvar 2024

“Şeffild Yunayted” “Atletiko”nun qapıçısını transfer edib.

Sportal.az xəbər verir ki, İvo Qrbiçi İspaniyanı tərk edərək Premyer Liqa təmsilçisi ilə anlaşıb.

Qrbiç 2027-ci il iyunun 30-na qədər “Şeffild Yunayted”ə məxsus olacaq.

28 yaşlı xorvat “Hayduk”, “Lokomotiva”da(Zaqreb) oynadıqdan sonra 2020-ci ildə “Atletiko”ya keçmişdi. 2021/2022 mövsümündə “Lill”də icarə əsasında oynamış İvo Xorvatiya millisinin də üzvüdür.

Xəbər xətti