"Fənərbaxça" ilə müqavilə imzalamaq üçün İstanbula yollandı

11:34 - 27 Yanvar 2024

"Fənərbaxça" Türkiyə millisinin üzvünün keçidini həll edib.

Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, Çağlar Söyüncü İstanbul klubu ilə müqavilə imzalamaq üçün Madriddən İstanbula uçub.

27 yaşlı müdafiəçi 2024-cü il iyunun 30-na qədər "Fənərbaxça"da icarə əsasında çıxış edəcək.

Yayda isə Türkiyə klubu onun transfer hüququna yiyələnə bilər. Ötən ilin yayında "Lester"dən "Atletiko"ya keçmiş Çağlar bu mövsüm 9 matçda meydana çıxıb. 

Xəbər xətti