"Qarabağ"ın rəqibi PSJ-dən futbolçu transfer etdi

16:51 - 29 Yanvar 2024

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Portuqaliya təmsilçisi PSJ-dən Şer Nduru icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısını "Braqa"da keçirəcək. Gənc oyunçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.

PSJ Şer Nduru ötən ilin yayında "Benfika"dan transfer edib. İtaliyalı futbolçu Paris təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti