Səudiyyə Ərəbistanı klubu "Mançester Siti"nin sabiq futbolçusunu heyətinə qatdı

15:18 - 31 Yanvar 2024

"Əl-Nasr"in mərkəz yarımmüdafiəçisi Seko Fofana altı aylıq icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubuna keçib.

Sportal.az xəbər verir ki, bu barədə “Əl-İttifaq”ın mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, “Əl-İttifaq” Sekonu bu ay "Ayaks"a keçən Cordan Hendersonun əvəzləyicisi kimi transfer edib.

Bu mövsüm Fofana bütün turnirlərdə 19 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Futbolçunun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Fil Dişi Sahili millisinin üzvü “Mançester Siti”, “Fulhem”, “Bastiya”, “Udineze”, “Lans” klublarında oynayıb.

Xəbər xətti