Ronaldo Messiyə qarşı oynamayacaq

19:20 - 31 Yanvar 2024

Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəssr" Lionel Messinin çıxış etdiyi "İnter Mayami" ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu qarşılaşmada iştirak etməyəcək. Bu barədə Səudiyyə ərəbistanı təmsilçisinin baş məşqçisi Luis kastro məlumat verib.

Kriştiano Ronaldo zədə səbəbindən hazırlıq matçını buraxmalı olacaq.

Qeyd edək ki, "Əl-Nəssr" - "İnter Mayami" qarşılaşması sabah bakı vaxtilə saat 22:00-da Ər-Riyadda baş tutacaq,

Xəbər xətti