"Turan Tovuz"da yeni müqavilə

20:03 - 1 Fevral 2024

"Turan Tovuz" futbolçusu Sadiq Şəfiyevlə müqaviləni uzadıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı hücumçu daha 3 il Tovuz təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarında da oynamış futbolçu bu mövsüm "Turan Tovuz"da 3 rəsmi matçda meydana çıxıb və 1 qol ötürməsi edib.

Xəbər xətti