Dünya reytinqi: "Qarabağ" 3 pillə irəlilədi

09:48 - 10 Fevral 2024

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportal.az xəbər verir ki, siyahıda Azərbaycanın iki təmsilçisi də yer alıb.

146,5 xalı olan "Qarabağ" ötən ayla müqayisədə 3 pillə irəliləyib və 70-ci pillədə qərarlaşıb. "Neftçi" isə 57,5 xalla 398-ci yerdədir.

Siyahıya 359 xalla "Mançester Siti" başçılıq edir. "Real" 2-ci, "İnter" isə 3-cüdür.

Xəbər xətti