Ramil Şeydayevin yeni baş məşqçisi məlum oldu

17:33 - 20 Fevral 2024

Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"un yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisini Mustafa Gürsel çalışdıracaq. Bu barədə İzmit klubunun mətbuat xidməti məlumat yayıb.

Körfəz təmsilçisi 49 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Kocaelispor" dünən Ərtuğrul Sağlamla yollarını ayırdığını açıqlamışdı.

Xəbər xətti