Millimizin İngiltərə və Ukrayna ilə oyunlarının vaxtı açıqlandı

15:57 - 21 Fevral 2024

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının başlama saatı müəyyənləşib.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, İngiltərə və Ukrayna ilə “Azersun Arena”da keçiriləcək hər iki oyun saat 16:00-da başlayacaq.

Azərbaycan yığması İngiltərə ilə martın 22-də, Ukrayna ilə isə martın 26-da qarşılaşacaq.

Xəbər xətti