"Sumqayıt" ekvadorlu futbolçu transfer etdi - RƏSMİ

16:10 - 22 Fevral 2024

2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu Cordan Rezabala ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.

Xəbər xətti