Tanınmış qapıçı karyerasını başa vurur

19:20 - 22 Fevral 2024

"Seltik"in qapıçısı Co hart karyerası ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü mövsümün sonunda peşəkar karyerasını başa vuracaq. 36 yaşlı qolkiper bu barədə özü məlumat verib.

Qeyd edək ki, Co Hart karyerası ərzində "Mançester Siti", "Blekpul", "Birmingem", "Torino", "Vest Hem", "Börnli" kimi klublarda çıxış edib. O, İngiltərə yığmasının heyətində 75 oyun keçirib.

Xəbər xətti