Rusiyalı "Qarabağ"a şans tanımadı: "100 faiz "Bayer" 1/4 finala yüksələcək"

10:34 - 26 Fevral 2024

"Bayer"(Leverkuzen) və Rusiya milli komandasının sabiq hücumçusu Dmitri Bulıkin "Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyovun Almaniya klubu ilə Avropa Liqasının 1/8 final mərhələsinin matçlarında yüksək motivasiyada olacağı barədə fikirlər səsləndirib.

Sportal.az xəbər verir ki, “Matç TV”yə danışan veteran forvard bu cür danışıb:

"Lunyov artıq Avropa Liqasının qrup mərhələsində "Bayer"ə qarşı oynayıb. Aydındır ki, “Bayer” “Qarabağ”dan qat-qat güclüdür və mərhələni keçəcək. Andrey üçün keçmiş komanda yoldaşlarını görmək, söhbət etmək və onlara Almaniya çempionatında uğurlar arzulamaq maraqlı olacaq. Təbii ki, o, "Bayer"lə matçlarda mümkün qədər yaxşı oynamağa çalışacaq, Andreydə yüksək motivasiyada olacaq. Təbii ki, Lunyova uğurlar arzulayırıq ki, yaxşı çıxış etsin. Amma bu cütlükdə 100 faiz “Bayer”1/4 finala yüksələcək".

Qeyd edək ki, "Qarabağ" "Bayer" matçları martın 7-də Bakıda, 14-də Leverkuzendə baş tutacaq.
 

Xəbər xətti