"Spartak"ın əfsanəsi: "32 yaşlı Lunyov bizim nəyimizə lazımdır?"

15:16 - 1 Mart 2024

"Spartak"ın sabiq qapıçısı Anzor Kavazaşvili “Qarabağ”ın qolkiperi Andrey Lunyovun Rusiya yığmasına mümkün dəvət edilməsi ilə bağlı fikrini bildirib.

Sportal.az xəbər verir ki, “Спорт день за днем”a danışan veteran futbolçu Ağdam klubunun qolkiperinin yaşlı olduğunu söyləyib: 

"Yaşlı futbolçuların milliyə dəvət olunmasının qəti əleyhinəyəm. Biz üç-dörd ildən sonra nəhayət ki, müxtəlif beynəlxalq yarışlarda iştirak etməyə icazə alacağıq. Ona qədər isə gənclərdən ibarət komanda yaratmalıyıq. Bizim hazır, keyfiyyətli əsas komandamız olmalıdır. 32 yaşlı Lunyov bizim nəyimizə lazımdır? Baxmayaraq ki, avropalı mütəxəssislər onun Avropa Liqasında bacarıqlı qapıçı olduğunu bildiriblər. Mən Lunyovun əvəzinə, heyətdə iki ildən sonra əla oynayacaq və Safonovla rəqabət aparacaq gənc, gümrah qapıçıları görmək istəyərdim. Necə ki, bunu sovet vaxtında bizim qolkiperlərimiz Lev Yaşinlə birlikdə ediblər".

83 yaşlı qapıçı “Dinamo”(Batumi), “Zenit”, “Torpedo”(Moskva), “Spartak”(Moskva) və həmçinin SSRİ millisinin qapısını qoruyub.

Xəbər xətti