"Tottenhem"də ciddi itki: 1 ay oynamayacaq

22:23 - 1 Mart 2024

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Rişarlison sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Anje Postekoqlu məlumat verib.

Braziliyalı forvard Premyer Liqanın 25-ci turunun "Vulverhempton"la matçında dizindən xəsarət alıb. 26 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Rişarlison bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 25 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti