Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi

17:17 - 4 Mart 2024

Azərbaycan milli komandası FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqolustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. 

Sportal.az xəbər verir ki, millimiz bu oyunlara Arif Əsədovun rəhbərliyi altında çıxacaq. Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar. 

Qeyd edək ki, saat 20:00-da başlayacaq hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti