"Cəbrayıl"dan 9 cavabsız qol - VİDEO

18:48 - 5 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Cəbrayıl" öz meydanında "Kürmük Qax"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 9:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 33-ə yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Kürmük Qax" isə 12-ci yerdədir.

"Cəbrayıl" - "Kürmük Qax" 9:0
Qollar: 
Elşad Əliyev, 8, Hüseyn Novruzov, 12, Əli Nəcəfli, 32, Tapdıq Əhmədov, 35,Polad İbrahimov, 41, 56, Ruslan Voronsov, 46, 80, Nurlan Quliyev, 64

Xəbər xətti